Eldar Qasımov "Məsafələr"i təqdim etdi - VİDEO
    • 8-04-2019, 20:14
    • 3 094

Eldar Qasımov "Məsafələr"i təqdim etdi - VİDEO

Müğənni Eldar Qasımov “Məsafələr” adlı yeni mahnı və klipini təqdim edib.

News24.az xəbər verir ki, Nurlana İbadullayeva və Fərhad Musayev ərsəyə gətirdiyi mahnının klipini rejissor İlkin Şirinli çəkib. Klipin nümayişindən əvvəl Eldar Qasımov canlı ifası ilə hər kəsi sevindirib. 

E.Qasımov yeniliyi haqda danışarkən mahnının məsafəli sevgidən bəhs etdiyini açıqlayıb: “Məsafə münasibətlər üçün bir imtahandır. Sevgi böyüdükcə məsafələr azalır. Çəkiliş iki məkanda Xəzər dənizinin sahilində və Xızı dağlarında baş tutub. Onu da qeyd edim ki, hava çox soyuq idi. Dəniz və dağı seçməyimiz əbəs yerə deyil. Çünki hər ikisini də aşıb keçmək çox çətindir. Amma əsil sevgi heç bir məsafəni tanımır. Dəniz nə qədər böyük, su nə qədər çox olsa, dağlar nə qədər hündür olsa da əsil sevgi bunların heç birinə təslim ola bilməz. Məsafələr əsil sevgi qarşısında acizdir”.

E.Qasımov, mahnının ünvanının olduğunu desə də, onun kimliyini açıqlamayıb: "İfa etdiyim hər bir mahnını bütün qəlbimlə duyuram və onu yaşayıram. Bəzən hətta studiyadan getdiyim vaxtlar olub. Çünki, həmin vaxt o ruhda olmamışam". 

Teymur MƏMMƏDOV