"Yasıma gəlməsinlər" - Məşhur müğənni OD PÜSKÜRDÜ

"Yasıma gəlməsinlər" - Məşhur müğənni OD PÜSKÜRDÜ
ŞOU-BİZNES

15 aprel 2019, 13:28

Mətn ölçüsü

Türkiyənin məşhur müğənnisi Kuşum Aydın dostlarından inciyib.

News24.az
Türkiyə KİV-inə istinadən xəbər verir ki, müğənni qonaq olduğu TV proqramların birində bəzi köhnə dostlarının xəyanətindən danışıb: "Əvvəl haqqımda şayiə yaydılar ki, guya bütün günü estetik cərrahlarının qapılarında yatıram. Üzümü yaxından çəkib, internet saytlarına yaydılar. Bu səbəbdən televiziya karyeram bitdi".

Ona xoş davranmayan dostlarını ikiüzlü və yaltaq adlandıran Aydın israrla "mən ölsəm, onlar yasıma gəlməsinlər" - deyə, od püskürüb.