Rusiyanın ən gözəl qızı o oldu - FOTO
    • 15-04-2019, 15:39
    • 1 423

Rusiyanın ən gözəl qızı o oldu - FOTO

Ötən gün Rusiya ən gözəl qızını seçib.

News24.az
Rusiya KİV-inə istinadən xəbər verir ki, 50 qızın iştirak etdiyi "Miss Rossiya 2019" gözəllik müsabiqəsində 1-ci yeri Azov şəhər sakini Alina Sanko tutub. Qalibə keçici ağ qızıldan və qiymətli daşlardan ibarət tac, eləcə də 3 mln. rubl mükafat verilib. 

Müsabiqənin qalibi sonadək qalib olacağına inanmadığını bildirib.

Alinanın qalib seçilməsi bir çoxlarının ürəyincə olub. Sosial şəbəkələrdə onun haqqında "uzun illərdən sonra nəhayət ki, Rusiya təbii gözəlliyə üstünlük verdi" kimi müsbət fikirlər yer alıb. 

Qeyd edək ki, Alina Sanko "Miss Universe 2019" (Kainat gözəli) beynəlxalq müsabiqədə Rusiyanı təmsil etmək hüququ qazanıb.