Demet Akalın panikaya düşdü - FOTO
    • 17-04-2019, 16:09
    • 1 200

Demet Akalın panikaya düşdü - FOTO

Yeni albomunun çıxmasına sayılı günlər qaldığı ərəfədə türk müğənnisi Demet Akalın xoşagəlməz hal yaşadı.

News24.az xəbər verir ki, müğənninin gözünə mikrob düşüb. Bundan yana narahat olan Demet əvvəlcə nə baş verdiyini anlamadığı üçün tələsik xəstəxanaya gedib. Həkim müayinəsindən sonra bəlli olub ki, ciddi bir şey yoxdur. Sadəcə onun gözündən ittirsəyi çıxıb. 

Gözünə dərman qoyulan Demet xəstəxanadan evə qayıdıb və fotosunu çəkərək, instagram hesabında paylaşıb.