Çingiz Mustafayevdən YENİLİK - VİDEO
    • 22-04-2019, 17:44
    • 1 464

Çingiz Mustafayevdən YENİLİK - VİDEO

Azərbaycanı “Eurovision 2019” mahnı müsabiqəsində təmsil edəcək Çingiz Mustafayevin yarışma zamanı yayımlanacaq video-açıqçası çəkilib.

News24.az xəbər verir ki, 30 saniyəlik videoçarxın mövzusu “Arzulamağa qərar ver: rəqs et”dir.

Ç.Mustafayevin çəkilişlər üçün seçdiyi məkan İsrail və Azərbaycan birliyi ilə yanaşı yarışma və iştirakçıların birliyini də nümayiş etdirəcək. Çingiz Mustafayev öz facebook səhifəsində həmin video-açıqcanın çəkilişində xüsusi video paylaşıb.

Qeyd edək ki, Çingiz Mustafayev Tel-Əvivdə baş tutacaq “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı “Truth” mahnısı ilə təmsil edəcək.
O, II yarımfinalda 18 may tarixində 18-ci nömrə altında çıxış edəcək.