Sem Smit Bakıya gələsi olmadı - FOTO
    • 24-04-2019, 11:24
    • 896

Sem Smit Bakıya gələsi olmadı - FOTO

"Oskar"lı müğənni Sem Smitin Bakı konserti ləğv olunub.

News24.az xəbər verir ki, bu barədə "Formula1" Azərbaycan Qran-Prisinin təşkilatçıları məlumat verib:

"Dərin təəssüf hissi ilə bildiririk ki, Sem Smitin şənbə günü Bakıda keçirilməsi planlaşdırılan konserti bizdən asılı olmayan səbəblərdən baş tutmayacaq. Ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından Sem həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olmuşdur.

Biz anlayırıq ki, bu, ifaçının çoxsaylı pərəstişkarları üçün üzücü xəbərdir. Lakin unutmayın ki, bu il də sizi Formula 1 Azərbaycan Qran Prisində fasiləsiz əyləncə və rəngarəng aktivasiyalarla zəngin həftəsonu gözləyir.

Ümid edirik ki, Sem tez bir zamanda səhhəti ilə bağlı problemləri aradan qaldıracaq və yaxın gələcəkdə onu Bakıda qonaq edəcəyik".

Qeyd edək ki, britaniyalı ifaçının konserti 27 aprel tarixinə planlaşdırılmışdı.