Sem Smiti o əvəzləyəcək - VİDEO
    • 24-04-2019, 12:18
    • 1 187

Sem Smiti o əvəzləyəcək - VİDEO

"Formula1" Bakı Qran-Prisi çərçivəsində təşkil olunacaq konsertdə britaniyalı məşhur müğənni Sem Smiti əvəzləyəcək ifaçının adı açıqlanıb.

Məsələ ilə bağlı News24.az-a danışan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai S.Smiti həmyerlisi Cessi Ceyin əvəzləyini deyib. N.Arpadarai 27 aprel tarixində baş tutlamı olan Sem Smit konsertinə alınan biletlərin Cessi Cey konsertində keçərli olduğunu da bildirib. 

Qeyd edək ki, Sem Smitin Bakı konserti səhhətində yaranan problemlərə görə ləğv olunub.

Teymur MƏMMƏDOV