USD 1.7
EUR 1.8427
TRY 0.2563
RUB 0.022
  • Bakı 10°C
  • ŞUŞA 4°C
  • GƏNCƏ 8°C
  • LƏNKƏRAN 10°C
  • ŞƏKİ 9°C
  • QUBA 6°C
  • NAXÇIVAN 9°C

Əməkdar artistdən mərhum həyat yoldaşına: "APAR MƏNİ YANINA"

ŞOU-BİZNES

Mətn ölçüsü

Əməkdar artist Gülbahar Şükürlü mərhum həyat yoldaşı Zahid bəy haqda paylaşım edib.

News24.az xəbər verir ki, paylaşdığı fotoda toylarının ildönümü olduğunu qeyd edən qarmon ifaçısı həyat yoldaşı üçün darıxdığını bildirib:

"Başımın tacı, bu gün bizim toy günümüzdür. Sən hər zaman bu günü elə çox sevirdin ki... Bəs indi? Sənə qurban olaram ay Zahid. Hər kəs məni danladı ki, sənətinlə məşğul ol, evdə oturma. Az ağla, az sızla. Balaların var. Allah hamının canını sağ eləsin, amma mən səni istəyirəm Zahid. Səni bu qədər çox istədiyimi indi başa düşürəm. Bütün gücümü aparmısan. Səsin qulağımdadır. Yəqin sən məni çox istəmirsən. Yoxsa yanımda olardın. Qurban olum apar məni yanına. Bura mənlik deyil. Yanına istəyirəm. Çox çarəsizəm. Ürəyim qan ağlayır. Yalandan gülməyi bacarmıram".

Xəbəri paylaş: