Zümrüd ukraynalı müğənninin QƏZƏBİNƏ TUŞ GƏLDİ - VİDEO
    • 1-05-2019, 12:12
    • 1 868

Zümrüd ukraynalı müğənninin QƏZƏBİNƏ TUŞ GƏLDİ - VİDEO

"X maqazin" və "Gün ortası" verilişlərinin aparıcısı Zümrüd Bədəlova ukraynalı müğənni Anastasiya ilə qalmaqal yaşayıb. 

News24.az xəbər verir ki, qalmaqala səbəb aparıcının "Gün ortası" verilişində müğənni Pərviz Abdullayevin Anastasiya ilə duet ifa etdiyi "Sevgimə inan" mahnısını sinxron oxuması olub. Sözügedən kadrları şəxsi instagram hesabında yerləşdirən Z.Bədəlovaya ifaçı iradını bildirib. O, aparıcının bu addımı atmaqdan öncə icazə almalı olduğunu vurğulayıb. 

Qeyd edək ki, Zümrüd Bədəlova "Sevgimə inan" mahnısı duet olduğu üçün verilişdə olanverilişdə qonaqların xahişi ilə ifa edib.