“15 ildə sənətdə birlik görmədim” - Çingiz HESABAT VERDİ
Şou
Müğənni Çingiz Mustafayev 15 illik hesabat konserti ilə çıxış edib.
News24.az xəbər verir ki, Elektra Event Hallda çıxış edən populyar müğənni konsertdən öncə jurnalistlərin suallarını cavablayıb.
Yeni mahnılar üzərində çalışan müğənni şou-biznesdə birlik görmədiyini də dilə gətirib: “İnsan beyni həmişə ona mane olur. Bu neqativ düşüncə deyil, real həyatdır. Mən 15 il ərzində bu sahədə birlik görmədim. Halbuki incəsənət gözəldir, romantikdir. Lakin hər kəs öz canı ilə əlləşir”.
Çingiz “Avroviziya” ilə bağlı fikirlərini də bölüşüb: “Avroviziya ilə bağlı plan yoxdur. Amma hər şey ola bilər. Yenidən təmsil etmək də olar. O ki, qaldı Nadir Rüstəmli ilə birgə iştiraka yaxşı mahnı və səhnə olsa, ola bilər. O da istedadlı gəncdir, zəhmətkeş insandır”.
Könül İbrahim
Nicat Niftəliyev