Kərim Abasova ağır itki:
    • 7-05-2019, 12:22
    • 1 366

Kərim Abasova ağır itki: "MƏNİ DƏ GÖZLƏYİN GƏLƏCƏM YANINIZA" - FOTO

Müğənni Kərim Abasova ağır itki üz verib.

News24.az xəbər verir ki, ifaçının atası vəfat edib. Bu barədə K.Abasov özü məlumat verib: "Məni yetim qoyub gedən atam. Sənsizliklə imtahana tez çəkdin məni. Başımın tacı, dərdimə əlac idin. Səssiz-səmirsiz fikir edən canına qurban olum ata. Atasız yetim kəlməsi bundan sonra mənimlədir. Allah səni qəni-qəni rəhmət eləsin. Gör necə gözəl insan olmusan ki, Ramazan ayında haqqın rəhmətinə qovuşdun. Yat, rahat yat. Oğlunun yanında rahat yat. Qardaşımı itirdim, səni itirdim. Məni də gözləyin. Gələcəm yanınıza".