Çingiz “Eurovision”u Azərbaycana gətirir? - VİDEO
    • 9-05-2019, 12:18
    • 4 773

Çingiz “Eurovision”u Azərbaycana gətirir? - VİDEO

Ötən il final həyacanını yaşaya bilmədiyimiz “Eurovision”da bu il durmadan irəliləyirik.

Mahnı müsabiqəsində Azərbaycanı Çingiz Mustafayevin təmsil edəcəyi barədə məlumat yayılandan və elə həmin gün də “Truth” mahnısı ilə ölkəmizi təmsil edəcəyi bilindikdən sonra dünya üzrə “Eurovision” həvəskarlarının müsbət rəyləri gəlməkdə davam edir. İfaçı haqda “YouTube” üzərindən paylaşılan videolarda gələn şərhlər buna bariz nümunədir.

İki gün öncə “Eurovision” səhnəsində ilk məşqini edən Çingiz Mustafayev bukmekerlərin siyasında 9 pillə irəliləyərək 4-cü yerdə qərarlaşıb.
Ötən gün isə yarışmanın rəsmi “YouTube” kanalı Mustafayevin ifaçılığı ilə yanaşı musiqi alətlərindən istifadə də mahir olduğunu nümayiş etdirən video çarx yayımlayıb. Görüntülərdə ifaçı gitara da daxil olmaqla bir neçə musiqi alətində ifa edir.

Rusiya, Yunanıstan, Polşa, Amsterdam, Türkiyə və başqa ölkələrdən olan izləyicilər  “Eurovision 2019”un qalibinin məhz Azərbaycan olacağını vurğulayıblar.  

Qeyd edək ki, Çingiz Mustafayev "Eurovision 2019"da səhnəyə 16 may tarixində 18 nömrə altında çıxacaq. 

//News24.az