Brilliant Dadaşova Heydər Əliyevlə bağlı xatirsəni danışdı:
    • 10-05-2019, 11:27
    • 1 737

Brilliant Dadaşova Heydər Əliyevlə bağlı xatirsəni danışdı: "Qoluna girib, başımı çiyninə qoydum" - VİDEO

Xalq artisti Brilliant Dadaşova ümummilli lider Heydər Əliyevlə bağlı xatirəsini danışıb. 

News24.az xəbər verir ki, ifaçı illər öncə baş tutan konsertlərdən birində baş verən hadisəni belə xatırlayıb: "Əhmədli qəsəbəsində Heydər Əliyev adına park açılırdı. Bizə də demişdilər ki, siz oxuyacaqsınız, həmin vaxt isə Heydər Əliyev oradan keçəcək. Televiziyalar onu çəkməlidir. Mən ifa edirdim və balaca uşaqlar da oynayırdı. Bildiyiniz kimi, protokol var və Heydər Əliyev həmin protokolu pozub səhnəyə çıxdı. Birdə gördüm ki, yanəmdadır. Məni yanına çağırdı. Qoluna girib, başımı çiyninə qoydum".