Etirazlara baxmayaraq Madonna Tel-Əvivə gəldi - VİDEO
    • 15-05-2019, 23:49
    • 973

Etirazlara baxmayaraq Madonna Tel-Əvivə gəldi - VİDEO

Xəbər verdiyimiz kimi,  Avropa Yayım Birliyinin icraçı direktoru Yan Ola Sand dünyaca məşhur müğənni Madonnanın "Eurovision 2019"da çıxışının mümkünsüz olduğunu bildirib.

News24.az xəbər verir ki, Y.O.Sand açıqlamasında bunun səbəbəninin Madonnanın müqaviləni imzalamaqdan imtina etməsini və bu həftə ərzində imzalamayacağı təqdirdə final gecəsində ifa etməyəcəyi ilə əlaqələndirib. Lakin, Madonna bu gün İsrailin Tel-Əviv şəhərinə gəlib. İfaçını 135 nəfərlik komanda müşaiyət edib. Şəxsi təyyarə ilə Ben Guiron Hava Limanına enən ifaçı paparazzilərdən gizləmnək böyük şlyapadan istifadə edib. Hava limanından Dan Hotelə aparılan Madonna üçün otelin 5-ci mərtəbəsi tamamilə bağlanıb. 

Qeyd edək ki, Madonnanın Tel-Əvivdə çıxışı etirazlara səbəb olub.