"Eurovision 2019" yarışmasında münsiflər heyətinin səsverməsi keçirildi - Münsiflər Çingiz Mustafayeva səs verdi
    • 18-05-2019, 00:24
    • 1 157

"Eurovision 2019" yarışmasında münsiflər heyətinin səsverməsi keçirildi - Münsiflər Çingiz Mustafayeva səs verdi

Bu gün, yəni mayın 17-də İsrailin Tel-Əviv şəhərində "Eurovision 2019" mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcək 26 ölkə təmsilçisinə münsiflər heyətinin səsverməsi baş tutub. News24.az-ın Tel-Əvivə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, mayın 18-də Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək əsas final mərhələsində 26 ölkə birincilik uğrunda mübarizə aparacaq. 

Müsabiqənin artıq bir neçə ildir qəbul olunan yeni qaydalarına əsasən finaldan bir gün əvvəl müsabiqənin qalibinin 50 faiz müəyyənləşdirən münsiflər səsverməsi bu il də "Expo Tel-Əviv" səhnəsində baş tutub. Məhz bu çıxış zamanı iştirakçı 41 ölkənin hər birindən müəyyən olunmuş yerli münsif heyət üzvləri tərəfindən təmsilçilərin çıxışları qiymətləndirir. Münsiflərin səsverməsi qalibin kimliyini 50 faiz müəyyənlədirir və bu səslər tamaşaçı səsləri ilə toplanır. 

Bu gün axşam saatlarında baş tutan münsiflərin də səs verdiyi əsas məşqdə 26 ölkə təmsilçisi, eləcə də Azərbaycanı bu il Eurovision 2019-da təmsil edən Çingiz Mustafayev Truth mahnısı ilə möhtəşəm perfomansını nümayiş etdirib. Onu da bildirək yerinə düşər ki, bukmekirlərin bugünkü səsverməsinə görə, Azərbaycan ilk beşlikdədir. Bukmekirlərin fikrincə, bu ilin qalibi Niderlanddır. Yenə də müsabiqənin qalib ölkəsini münsiflər heyəti və tamaşaçı səsverməsi müəyyənləşdirir. 

Çingiz Mustafayev həm də bu il Qafqazın finalda yeganə təmsilçisidir. Bu il Azərbaycan da favorit ölkələr arasındadır. Çingiz Mustafayev sabah canlı yayımlanacaq Avropanın ən maştablı musiqi yarışması olan "Eurovision"-da 20-ci səhnəyə çıxacaq. 

Azərbaycan artıq 11 ildir ki, bu müsabiqədə təmsil olunur. Bu müddət ərzində bir dəfə, 2011-ci ildə Eldar Qasımov və Nigar Camalın təmsilçiliyi ilə birincilik qazanıb. "Eurovision-2012"nə ev sahibliyi edən Azərbaycan, avropalı media mənsublarının sevgisini qazanıb. Elə bu səbəbdən də hər bir jurnalist Azərbaycanın qalibgəlməsini arzu edir.