Bu gün Azərbaycan təmsilçsi "Eurovision 2019' finalında çıxış edəcək - Çingiz Mustafayev Qafqazın yeganə təmsilçisi - DƏSTƏK OLAQ
    • 18-05-2019, 09:00
    • 2 840

Bu gün Azərbaycan təmsilçsi "Eurovision 2019' finalında çıxış edəcək - Çingiz Mustafayev Qafqazın yeganə təmsilçisi - DƏSTƏK OLAQ

Bu gün Eurovision 2019 mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev Expo Tel-Əviv səhnəsində keçiriləcək final mərhələsində Azərbacanı təmsil edəcək. News24.az xəbər verir ki, müsabiqənin final mərhələsində 26 ölkə təmsilçisi birincilik uğrunda mübarizə aparacaq. 

Ölkələrdən 20-i birinci və ikinci yarımfinallardan finala vəsiqə qazanıb. Digər 6-ı isə böyük beşlik - Fransa, İtaliya, Almaniya, Böyük Britaniya, İspaniya və ötən ilin qalibi olan İsraildir. 

Azərbaycan təmsilçisi bu səhnəyə 20-ci çıxacaq. Çingiz Mustafayev "Truth" mahnısı ilə ölkəmizi müsabiqədə təmsil edəcək. Bu gün axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq yarışmada təmsilçimizə Azərbaycandan səs verə bilmərsiniz.