"Yeni ulduz"ları çör-çöp adlandıran Niyama cavab: "Nə səsin, nə də savadın..."

"Yeni ulduz"ları çör-çöp adlandıran Niyama cavab:
ŞOU-BİZNES

21 may 2019, 15:57

Mətn ölçüsü

Müğənmni Niyam Salaminin "Yeni ulduz" yarışmasının iştirakçısı olan və hazırda yetəri qədər tanınan müğənniləri çör-çöp adlandırması geniş müzakirəyə səbəb olub. 

News24.az xəbər verir ki, sözügedən yarışmanın birincisi Vüqar Murad N.Salaminin sözlərinə belə münasibət bildirib: ""Yeni ulduz"dan çıxanları çör-çöp hesab etmisən. Reaksiya verməyəcəkdim. Yola verəcəkdim. Amma, olmadı qaqaş. Deməli "Yeni ulduz"dan çıxanları ölkənin qaymaq jüriləri seçib, sonra da xalq dəstəkləyib. Ələkdən çıxan ifaçılardlr. Mətbəxdə yemək bişirib, Bülent Ersoyu kopyalayıb səhnəyə gəlməyiblər. "Yeni ulduz" əjdahalar yetişdirib. Çör-çöp dediklərin bu sənətə aidiyyatı olmayıb, ona, buna qulaq asıb, hansısa yollarla səhnəyə gələnlərdir. Sənin nə səsin, nə də sənətin sənətçiləri kateqoriyalara bölməyə imkan vermir. Düşünürəm ki, səhvini düzəldib, üzrxahlıq edəcəksən".