BŞPİ: Müğənni Kərimə hücum edən şəxs müəyyən edilib - FOTOLAR
    • 21-05-2019, 18:25
    • 1 156

BŞPİ: Müğənni Kərimə hücum edən şəxs müəyyən edilib - FOTOLAR

Bakıda müğənni Kərim Abbasova hücum edən şəxsin polis əməkdaşı olması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

News24.az
xəbər verir ki, bu haqda "Trend"ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev məlumat verib.
E.Hacıyev bildirib ki, araşdırmalar zamanı K.Abbasova hücum edən şəxsin Bakı şəhəri, Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Ramazanov olduğu müəyyən edilib.

Həmin şəxs Binəqədi rayon Polis İdarəsinə dəvət edilərək izahatı alınıb. Müəyyən edilib ki, həmin şəxs polis orqanlarında çalışmayıb və mülki vətəndaşdır.

Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin təhqiqat şöbəsində təhqiqat-araşdırmaları davam etdirilir.