Belarusiya "Eurovision"u məhkəməyə verir - SƏBƏB
    • 23-05-2019, 11:04
    • 845

Belarusiya "Eurovision"u məhkəməyə verir - SƏBƏB

"Eurovision 2019" ətrafında qalmaqal davam edir. 

News24.az xəbər verir ki, final ərəfəsində Belarusiyanın milli jüri səsverməsinin mediaya sızdırılması böyük söz-söhbətə səbəb olub. Hadisə ilə bağlı Avropa Yayım Birliyi qərar verərək Belarusiyanı səsvermədən kənarlaşdırıb və bunun əvəzinə digər ölkələrin verdiyi ballara əsasən ortalama bal təyin edib. Səsvermənin nəticələrinin dəyişməsi bir çox ölkənin sıralamasına o cümlədən də Azərbaycana təsiri olub. Mahnı müsabiqəsində 7-ci pillədə qərarlaşan Çingiz Mustafayev dəyişiklikdən sonra bir pillə geriləyib və 8-ci sırada qərarlaşıb. 

Lakin, qalmaqal bununla da bitmir. Belarusiya təmsilçisi Zenanın prodüseri Viktor Dobrış açıqlama verərkən məhkəməyə müraciət edəcəyini bildirib. Bun səbəb isə səslərin yenidən hesablanması zamanı Belarusiyanın Rusiyaya 0, İsrailə isə 12 bal verməsidir. Onun sözlərinə görə, "Eurovision" iki ölkə arasında münasibətləri pozub.