Aygün Kazımovadan sərt sözlər:
    • 27-05-2019, 15:37
    • 916

Aygün Kazımovadan sərt sözlər: "Yalandan ağzını tərpədirsən" - VİDEO

Xalq artisti Aygün Kazımova toylarda fonoqram ifa edən həmkarlarına sərt ismarıc yollayıb.

News24.az
xəbər verir ki, ifaçı açıqlamasında bunu müğənnilərin vicdanı ilə əlaqələndirib: 

"Polad Bülbüloğlunun sözlərini xatırlatmaq istəyirəm. O, həmişə deyərdi ki, "bir müğənni toyda fonoqram ifa edirsə, o zaman onu niyə dəvət edirsiz? Elə kasetinə qulaq asmağınız kifayətdir". Bu həm də vicdan məsələsidir. Bəlli bir qonorar var ki, o qədər də kiçik deyil. Kaseti qoyub yalandan ağzını tərpədirsən. Canlı ifa zamanı başqa proseslər yaşanır. Səhnədə canlı musiqi alətləri olduqda necə fonoqram ifa etmək olar?"