Mustafa Ceceli Erdoğanın iftar süfrəsinə zorla girmək istədi
    • 28-05-2019, 11:14
    • 1 194

Mustafa Ceceli Erdoğanın iftar süfrəsinə zorla girmək istədi

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Dolmabahçe sarayında məşhur simaların iştirakı ilə iftar süfrəsi verib.

News24.az 
Türkiyə KİV-nə istinadən xəbər verir ki, təşkil edilən tədbirlə bağlı maraqlı iddia irəli sürülüb. Məlumata görə iftara dəvət olunmayan müğənni Mustafa Ceceli həyat yoldaşı ilə Dolmabahçe sarayına gəlib və içəri daxil olmasına icazə verilməyib. Buna səbəb isə onun həyat yoldaşı ilə qalmaqallı şəkildə boşanması olub. 

Lakin ifaçı haqqında yayılan xəbərləri yalanlaayaraq "Haqqımda yalan xəbər yazan şəxs bunu sübut etməlidir. Hüquqi müddət başlayıb. Əlimdən gələni edəcəyimə əmin ol. Maraqlıdır ki, onlarla jurnalist və fotoqrafın olduğu məkanda nə bir foto nə də video var. Bu iddianı yayan və buna inanları isə pis niyyətləri ilə übaş-başa buraxıram".