Mətanət İsgəndərli:
    • 3-06-2019, 10:16
    • 2 363

Mətanət İsgəndərli: "Balina kimi girəcəm torun içinə" - VİDEO

Əməkdar artist Mətanət İsgəndərli istirahəti ilə bağlı danışıb.

News24.az xəbər verir ki, "X maqazin" verilişinə qonaq olan ifaçı özü haqda qəribə bənzətmə edib. Yeni libasından söz açan M.İsgəndərli özünü balina ilə müqayisə edib:

"Özüm üçün tor gətirmişəm. Balina kimi girəcəm torun içinə. Bu libası Türkiyədən, Ağ dənizin sahillərindən almışam. Hava limanında olanda qulağıma tanış səs gəldi. Gördüm ki, Tolikin səsidir. Zamiq, Renka, Dilbər, Zenfira orda idi. Dedim ki, Allah bizi bir-birimiz üçün yazıb. Burada da rastlaşdıq".