“CinemaPlus”  yay mövsümünü Elton Conla açdı - FOTO - VİDEO
    • 3-06-2019, 18:53
    • 886

“CinemaPlus” yay mövsümünü Elton Conla açdı - FOTO - VİDEO

“Amburan Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında yay mövsümünün möhtəşəm açılışı keçirilib.

Kinoteatrda musiqi müşayiəti altında əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Dekor bütünlüklə Elton Conun həyatından bəhs edən “Roketmen” bioqrafik myuzikl-filminin parlaq tematikasını əks etdirirdi. Qonaqlar böyük həvəslə kinoteatrda quraşdırılmış səsyazma studiyası formasında olan fotozonada şəkil çəkdirirdilər. Həmçinin, böyük marağa səbəb olan Elton Conun obrazını və furşet masalarının qeyri-adiliyini vurğulamaq istərdik.  
Tədbir “CinemaPlus”a premyerasından 6 gün öncə təqdim olunmuş “Roketmen” filminin nümayişi ilə başa çatmışdır.    
Filmin rejissoru Dekster Fletçerdi.

Baş rollarda Teron Ecerton, Ceymi Bell və Brays Dallas Hovard.

Film haqqında qısa məlumat: Əfsanəvi musiqiçi Elton Conun bütün həyatının əsas mərhələlərindən bəhs edən kinobioqrafiya. İzləyicilər hələ o vaxt Recinald Duayt olan Conun necə Kral Musiqi Akademiyasında təhsil aldığını və necə musiqi olimpinin zirvəsinə qalxdığını görəcəklər.