Ramal: "Söyülmək moddadır" - VİDEO
    • 9-06-2019, 16:12
    • 1 039

Ramal: "Söyülmək moddadır" - VİDEO

Müğənni Ramal İsrafilov son zamanlar sosial şəbəkələrdə məşhurların təhqir olunması mövzusuna toxunub. 

News24.az xəbər verir ki, "X maqazin" verilişinin "make up" rubrikasına qonaq olan ifaçı təhqirin hazırda dəbdə olduğunu deyib: "Həmkarlarıma demək istəyirəm ki, tamaşaçılar tərəfindən sevildiklərini bilmək üçün, səhifələrində, "YouTube" kanallarında şərhləri oxusunlar. Bir şey eşitmişəm. Deyirlər ki, söyülmək moddadır. Bu gün mahnı çıxarırlar və iki gün təhqir olunurlar. Növbəti gün isə toylara dəvət olunurlar. Elə o mahnıları da toylarda oynayırlar".