"Eurovision 2020"nin keçiriləcəyi şəhər bu tarixdə açıqlanacaq
    • 17-06-2019, 11:08
    • 793

"Eurovision 2020"nin keçiriləcəyi şəhər bu tarixdə açıqlanacaq

"Eurovision 2020"ni qəbul etməyə hazırlaşan Niderland yarışmanın keçirilməsi üçün namizəd şəhərləri irəli sürüb.

News24.az xəbər verir ki, "Eurovision" mahnı müsabiqəsinin icraçı direktoru Yan Ola Sand açıqlamasında Amsterdam, Arnhem, Breda, Den Bosch, Den Haag, Leuvarden/Frieslandiya, Maastrixt/Limburg, Rotterdam və Utrext şəhərlərinin iyul ayının 10-da qədər təkliflərini irəli sürmələrinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, mahnı müsabiqəsinin keçiriləcəyi şəhər ictimaiyyətə avqust ayında açıqlanacaq.