Faiq Ağayev Anar Nağılbaz haqda: "Diqqətini yanlış adamlara xərclədin"
    • 5-08-2018, 16:27
    • 3 480

Faiq Ağayev Anar Nağılbaz haqda: "Diqqətini yanlış adamlara xərclədin"

Xəbər verdiyimiz kimi, reper Anar Nağılbaz ötən gün dünyasını dəyişib. 

Bu gün dəfn edilən mərhum sənətçi haqda tanınmış simalar sosial şəbəkələrdə fikirlərini bölüşür. 

Onların sırasında xalq artisti Faiq Ağayev də var. İfaçı facebook-da bunları yazıb:

"Azərbaycanda repin əsasını quran, söz ustası, musiqi aşiqi Anar Nağılbaz haqq dünyasına qovuşdu. Sənətini, bacarığını, ustalığını - xalqa, diqqətini yanlış adamlara xərclədin sən, Anar...

Məkanın rahat olsun. Allah rəhmət eləsin!"