Brilliant Dadaşova da Anar Nağılbaz haqda yazdı: "Axmaq insanların iyrənc əməllərinin nəticəsi məni maraqlandıra bilməz"
    • 6-08-2018, 10:49
    • 7 998

Brilliant Dadaşova da Anar Nağılbaz haqda yazdı: "Axmaq insanların iyrənc əməllərinin nəticəsi məni maraqlandıra bilməz"

Xalq artisti Brilliant Dadaşova iki gün öncə dünyasını dəyişən reper Anar Nağılbaz haqda fikirlərini bildirib. 

İllər öncə reperlə bir neçə duet ərsəyə gətirən B.Dadaşova ürək sözlərini şəxsi instagram hesabında yazıb:

"Anar repi ilk dəfə Azərbaycanda səndən eşitdik. Sonra rep və estrada musiqisini birlikdə yenə sən bəstələdin. Çoxları oxuma desə də mən çox bəyəndim və səninlə birlikdə bir neçə musiqi ifa etdim.

Sən istedadlı insan idin. Başına gələnlər mənə maraqlı deyil. Çünki axmaq insanların iyrənc əməllərinin nəticəsi məni maraqlandıra bilməz. Heyif ki, fitnə-fəsad sənin taleyini və müqəddəratını həll etdi. İnanıram ki, başqasının bədbəxtliyi üçün çalışanlar mütləq ilahi ədalətə tuş gələcəklər".

Teymur Məmmədov