"O videonu mən yaymamışam!" - Anarın arvadı ittihamlara cavab verir
    • 6-08-2018, 11:42
    • 1 203

"O videonu mən yaymamışam!" - Anarın arvadı ittihamlara cavab verir

“Çox xahiş edirəm, imkan versinlər uşaqlarım bu gündən sonra gün görsün. Onsuz da onlar kifayət qədər zərbə alıblar. Anar haqq dünyasına qovuşsun. Söz söhbəti də yığışdırsınlar”.

Bu sözləri ötən gün dünyasını dəyişən reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva deyib. 

Anjelika reperin ölümündə onu günahlandıran qayınanasının sözlərinə münasibət bildirib:

“Mən Allah deyiləm. Can verməmişəm ki, can da alım. Anar mənim alqışımla yaranmayıb ki, qarğışımla da ölsün. Bilmirəm, qayınanamın mənə qarşı məqsədi nədir. Ona qarşı pis olmamışam. Həmişə deyirəm, deyəcəm də, o da mənə qarşı pis olmayıb. Başa düşürəm, övladını itirmiş anadır. Amma mənim heç bir günahım yoxdur. Ev pulu almağımın da o videoya heç bir dəxli yoxdur. Əlimdə o videonun mənim yaymadığımı sübut edən sənədlər var. Bu sənədlər də hamıya təqdim olunacaq. Sübut yoxdur ki, mən kimisə şantaj eləmişəm. Mən kiməm ki, kimisə şantaj edim? Bəli, uşaqlarımın haqqını tələb etmişəm. Hansı qadın istəyər övladları küçədə qalsın? Bunu tək mən yox, o ailə də düşünməlidir. Oğlumun 10, qızımın 6 yaşı var, körpə deyillər. Hər şeyi başa düşürlər. Evdən məhrum eləmisiniz, vidalaşmağa da qoymadınız”.A.Cəbiyeva yas mərasiminə getməmə səbəbini də açıqlayıb:

“Düzdür, getmədim. Çünki nə anası istədi, nə də atası. Rizvan müəllim uşaqların ataları ilə vidalaşmasına icazə vermədi. Uşaqları bundan da məhrum elədilər.  Bilmirəm məqsədləri nədir. Başımın üstə Allah var, Rizvan müəllim mənimlə pis danışmadı. Dedi ki, indi gəlmə. Qəbir üstə səni də, uşaqları da apararam. Orada gedib vidalaşarsız. Çünki yoldaşımın xasiyyətini tanıyıram. Mənə qulaq as, gəlmə. Ona görə də getmədim”.

//Axşam.az