"Allaha yalvardım ki, sevgini əlimdən alsın" - MƏTANƏT İSGƏNDƏRLİ
    • 1-07-2019, 19:33
    • 1 162

"Allaha yalvardım ki, sevgini əlimdən alsın" - MƏTANƏT İSGƏNDƏRLİ

"Allaha illərlə yalvardım ki, sevgini əlimdən alsın. İstəyirdim sevməyim heç kimi, sevgisiz yaşayım. Belə yaşamaq gözəldir, əziyyət çəkmirsən".

News24.az  Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Bir arzum var" verilişində deyib. Müğənni sevgidən əziyyət çəkdiyini etiraf edib:

"Sevgi hissi də hər insana verilmir. Bu da bir vergidir. Kiminsə dərdindən öləsən, səni ölənə kimi sevsinlər... Gözəl olsa da, əzablı hisdir.
Amma mənim mahnılarımın hamısı sevgidən yaranıb. Sevməsəydim, yaranmazdı".