Röya yeni mahnısını təqdim etdi, Elnarə ilə qalmaqal yaşadı - FOTO - VİDEO
    • 7-08-2018, 10:40
    • 2 050

Röya yeni mahnısını təqdim etdi, Elnarə ilə qalmaqal yaşadı - FOTO - VİDEO

Əməkdar artist Röya Ayxan söz və musiqisi Zülfi Bədəlova aid olan "Mənə sevgindən bəhs et" adlı yeni mahnısını təqdim edib. 

Uzun zamandır R.Ayxanın sevənlərinin səbirsizliklə gözlədiyi mahnı elə ilk günündə həmkarı ilə qalmaqal yaşamasına səbəb olub. 

Belə ki, müğənni Elnarə Xəlilova şəxsi instagram hesabında Uitni Hyustonun "I Have Nothing" mahnısını paylaşaraq "Bu mahnını hər gecə dinləyə bilərəm və təsirindən də heç vaxt çıxmıram" sözlərini yazıb. Bununla da Əməkdar artistin yeni işinin plagiat olduğuna eyham vurub. 

Daha sonra isə bəstəkar Muxtar Abseynov və ifaçının bir neçə izləyicisi də onunla razılab. Hətta E.Xəlilova izləyiciləri ilə dialoq yaradaraq "Oxşayır, yox?" kimi sözlər yazıb. 

Bundan xəbərdar olan Röya Ayxanın da cavabı gecikməyib. O, instagramın hekayə bölməsində fikirlərini bildirib:

"Xanım Elnarə, Siz oxumuş qadınsınız, sadə insanları maarifləndirməlisiniz. Bunu deməyə haqqım var, çünki unutmamısınızsa təhsilinizin çətin dönəmində Allah məni sizə yetirib. Xırdalamayaq düzdürmü? Hara, necə, nə cür...

Onu qoydum bir kənara. Siz axı hər şeydən xəbərdar, bilikdar, stildar, peşəkar izləyicisiniz. o zaman Cenifer Lopezi dəvət edək və ondan "Lambada"nı niyə mahnısına salıb, oxumasını soruşaq.

Tam deyil, amma oxşarlıq varsa, təbii ki, rəhmətliyin əsərinə oxşaması mənim üçün şərəfdir. Mən axı canlı ölüləri harama qoyacam".

Əməkdar artist bəstəkar Muxtar Abseynova da cavab verib:

"Ay Muxa, sən də bildin? Siz biləni uşaqlar dərib vurublar bazara. O da deyəsən heç keçməyib. Çürüyü var imiş. Qaldı gələn ilə". 

Teymur Məmmədov