Məşhur müğənni 11 yaş kiçik ərindən boşandı:
    • 5-07-2019, 13:21
    • 1 314

Məşhur müğənni 11 yaş kiçik ərindən boşandı: "Ömrünün axırına qədər mənə dözə bilərdi"

Rusiyanın məşhur müğənnisi Lolita Milyavskaya həyat yoldaşında ayrılıb. 

News24.az xəbər verir ki, ifaçı bu barədə şəxsi instagram hesbında məlumat verib. 55 yaşlı müğənni həyat yoldaşı ilə olan fotosunu paylaşaraq bu sözləri yazıb: "Dima ilə ayrılmağın vaxtının gəlib çatdığını düşündük. Biz, daima münasibətlərini ayırd edən cütlüyə çevrilmək istəmirik. Doqquz il ərzində çox yaxşı gənc ərim olub. Bir həftə çox həyəcən keçirdim. Sonra isə hər şeyə tüpürdüm. Onunla fəxr edirəm. Çünki o, ömrünün axırına qədər mənə dözə bilərdi. Onu da deyim ki, kiminsə onun xətrinə dəyməsinə icazə vermərəm. Subayam və tək yaşayıb, həyatın dadını çıxaracam".