Azərbaycanlı aktrisa vəfat etdi
    • 14-07-2019, 19:30
    • 1 464

Azərbaycanlı aktrisa vəfat etdi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira İdayətova vəfat edib.
News24.az xəbər verir ki, o, 62 yaşında dünyasını dəyişib.

Bu barədə məlumatı həmin teatrın aktrisası Telli Hüseynova verib.

Qeyd edək ki, 1957-ci ildə Bakıda anadan olan İdayətova Elmira Xalıq qızı "O olmasın, bu olsun", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Məhəbbət oyunu", "Qırmızı papaq", "Şən dul qadın", "Əlin cibində olsun" və s. tamaşalarda iştirak etmişdi.