"İblis” tamaşasının dramaturqu Türkiyədə “İlin ən yaxşı dramaturqu” mükafatını aldı
    • 16-07-2019, 20:24
    • 1 036

"İblis” tamaşasının dramaturqu Türkiyədə “İlin ən yaxşı dramaturqu” mükafatını aldı

Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsərinin İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsinə çıxarılan tamaşasının dramaturqu, teatrşünas Hilmi Zafer Sahin “İlin ən yaxşı dramaturqu” nominasiyası üzrə mükafata layiq görülüb.

News24.az xəbər verir ki, Türkiyədə ilk dəfə səhnələşdirilən “İblis” tamaşasının quruluşçu rejissoru tanınmış aktrisa, Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasovadır.
Qeyd edək ki, tamaşanın təqdimatı 2019-cu il aprelin 17-də İstanbulda keçirilib. Tamaşanın baş məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva, bəstəkarı Azərbaycanın Xalq artisti Aygün Səmədzadədir.