Tanınmış aparıcı Məleykə Əsədovanı
    • 19-07-2019, 16:13
    • 1 205

Tanınmış aparıcı Məleykə Əsədovanı "yıxıb-sürüdü" – FOTO - VİDEO

Əməkdar jurnalist Ləman Ələşrəfqızı Xalq artisti Məleykə Əsədovanı öz sosial şəbəkə hesabında sərt tənqid edib.

Jurnalist aktrisanı reklam çarxında yol verdiyi kobud səhvə görə qınayıb.

Belə ki, Xalq artisti özəl klinikalardan birini reklam edərkən ilbizlə müayinə üsullarından danışarkən, ilbiz sözünü iblis kimi tələffüz edib.

“Məleykə Əsədova hər əlində bir-iki ilbiz bir özəl klinikanı reklam edir. Axıra qədər də ilbizə iblis deyir. Və…sosial şəbəkələrdə bunu tirajlayırlar.

Gərək bu xalq artistinə “İblis” tamaşasında bir rol versinlər. İblislə ilbizin fərqini anlasın. Onun reklamını yapanlara da o tamaşaya bilet satsınlar. Nə gündəsiz”. /Baku WS/