Eldar Qasımov Gürcüstan səhnəsində - FOTO - VİDEO
    • 22-07-2019, 16:53
    • 1 130

Eldar Qasımov Gürcüstan səhnəsində - FOTO - VİDEO

“Eurovision” qalibi Eldar Qasımov Gürcüstanda təşkil olunan xeyriyyə aksiyasına qatılıb.

News24.az xəbər verir ki, ifaçı tədbir çərçivəsində təşkil olunmuş konsertdə Gürcüstanın xalq artistləri ilə eyni səhnəni bölüşüb: “Gürcüstanda müxtəlif tədbirlərin təşkili ilə məşğul olan təşkilat var. Onlar ildə iki dəfə Gürcüstanda yaşayan fəal azərbaycanlılarla birlikdə lahiyə keçirirlər. Fiziki məhdudiyyətli və ya hər hansı xəstəlikdən əziyyət çəkən soydaşlarımızın köməyinə gəlirlər. Bu il də növbəti belə bir xeyriyyə aksiyası təşkil etdilər. Məndən isə orada iştirak edib, uşaqlarla görüşməyimi istədilər. Uşaqlarla görüşdük, onlara hədiyyələr aldıq və nahar etdik. Axşama doğru isə sponsorlar və uşaqlara yardım edən şəxslərlə birlikdə konsert proqramı ilə onların qarşısına çıxdım”.

E.Qasımov sözügedən konsertdə iştirakının onda çox gözəl təəssüratlar yaratdığını deyib. Konsertdə Eldar Qasımovla yanaşı, Gürcüstanın çox tanınmış şəxsləri, eləcə də xalq artistləri iştirak edib.