" Övladlarım səbrsizliklə gözləyir ki..." - Filipp Kirkorov - FOTO - YENİLƏNİB
    • 24-07-2019, 14:26
    • 1 059

" Övladlarım səbrsizliklə gözləyir ki..." - Filipp Kirkorov - FOTO - YENİLƏNİB

Rusiya estradasının kralı Filipp Kirkorov övladları ilə birgə Bakıdadır.

News24.az xəbər verir ki, "Jara" beynəlxalq musiqi festivalında iştirak etmək üçün paytaxtımıza gələn ifaçı hava limanında jurnalistlərin suallarını cavablandırıb.

F.Kirkorov Bakı deyəndə fikrinizdə nə canlanır sualına belə cavab verib: "Bakı dostlar şəhəridir. Təbii ki, Bakı dedikdə gözəl şəhər, dostcanlı, gülərüz insanlar, dəniz və "Jara" ağıla gəlir. Övladlarım da səbirsizliklə üzməyi gözləyir".

F.Kirkorov xalq artisti Aygün Kazımova ilə oxuyacağı duet haqda da danışıb: "Aygün Kazımova ilə oxuyacağım duet gözəl qadınlar haqdadır. "Calma" adlanır. Əgər mahnı sevgidəndirsə deməli onu hansı dildə oxusaq başa düşüləcək. Səhnədə həmçinin Zivert ilə də  duet ifa edəcəyik".

Filip Kirkorov "Jara" festivalının təsisçisi Emin Ağalarova təşəkkür edib: "Eminə mənim böyük komandamı qonaq etdiyi üçün təşəkkür edirəm. Ümid edirəm ki, bu musiqi festivalı gələcəkdə daha böyük statusa malik olsun".



***
14:03
Rusiya estradasının kralı Filipp Kirkorov Bakıya gəlib. 

News24.azxəbər verir ki, bu dəqiqələrdə Heydər Əliyev adına Hava Limanına gələn ifaçı ilk dəfə olaraq paytaxtımıza övladlarını da gətirib. 

Filipp Kirkorovun Azərbayacana səfəri sabah baş tutacaq "Jara" Beynəlxalq Musiqi Festivalında iştirak etməkdir.