Filipp Kirkorov Aygün Kazımovaya prodüserlik etmək istəyir - VİDEO

Filipp Kirkorov Aygün Kazımovaya prodüserlik etmək istəyir - VİDEO
ŞOU-BİZNES

26 iyul 2019, 22:01

Mətn ölçüsü

Xalq artisti Aygün Kazımova və rusiya estradasının kralı Filipp Kirkorov media nümayəndələrinin suallarını cavablandırıblar.

News24.az xəbər verir ki, A.Kazımova rusiyalı həmkarı ilə sənətdən başqa dostluq bağları ilə bağlı olduğu etiraf edib:

"Bu mənim üçün xüsusi duetdir. Bizi sənətdən başqa, 13 illik dostluq birləşdirir. Biz tanış olandan, bir birimizə aşiq olmuşuq. Elə həmin andan da yaradıcılıq söhbətlərimiz başlayıb".

F.Kirkorov isə Aygün Kazımovanı Bakıda oktyabr ayında baş tutacaq konsertinə xüsusi qonaq kimi dəvət edib: "Bakı konsertimdə bir mahnılıq qonağım olmağını istərdim. Birlikdə "Calma" duetimizi ifa edərik".
Filipp Kirkorov Aygün Kazımovanı "Eurovision" səhnəsində görmək istədiyini deyib: "Bu il "Eurovision"da Şimali Makedoniya təmsilçisini görəndə Aygünə bənzətdim. Buna görə də istərdim ki, məhz Aygün həmin mahnı müsabiqəsində Azərbaycanı təmsil etsin. Mən sənə dəstək olaram. Prodüserliyini edərəm. Təki sən razılaş. Sənin üçün mahnı yazaram, səhnə fikirləşərəm. Qalan hər şey isə var. Diva, səs, gözəllik. "Eurovision" şəhzadələri sevir".

Filipp Kirkorovun bu arzusuna A.Kazımova "İnşallah. Məmnuniyyətlə razılaşaram" cavabını verib.

YouTube