Elnarədən Röyaya barışıq addımı: "Nömrəsi 10 ildir məndə olmadığı üçün..." - FOTO
    • 10-08-2018, 11:16
    • 1 518

Elnarədən Röyaya barışıq addımı: "Nömrəsi 10 ildir məndə olmadığı üçün..." - FOTO

Xəbər verdiyimiz kimi, müğənni Elnarə Xəlilova ilə əməkdar artist Röya Ayxan arasında qalmaqal yaşanıb. 

Buna səbəb isə E.Xəlilovanın həmkarının "Mənə sevgindən bəhs et" adlı mahnısını plagiat adlandırması olub. 

Həmkarının uğurunu həzm etməməkdə ittiham olunan Elnarə Xəlilova biur neçə saat öncə instagram hesabında etdiyi paylaşımla bunun belə olmadığını göstərib. 

Belə ki, ifaçı Röya Ayxanın bəstəkar Muxtar Abseynovla birgə hazırladığı yeni mahnını paylaşaraq bunları yazıb:

"Həftənin birinci günü Muxtarla olan yazışmamızdan. İnsan təbii ki,sevdiklərinin uğuruna sevinər. İlk tələbəm atdı mənə linki youtubedan ki, Elnarə xanım bilmirsiz bu mahnı nə vaxt çıxacaq??  Mən də bəstəkarından soruşdum. Özünün nömrəsi 10 ildir məndə olmadığı üçün, sevmirəm özələ burun soxmağı. Vermirdi,mən də istəmirdim.

Nə yaxşı ki,belə bir fürsət yarandı. Hər ikinizi ürəkdən və səmimi qəlbdən təbrik edirəm!"

Teymur Məmmədov