"Eurovision" AMERİKADA  -2021-də nə baş verəcək?
    • 30-07-2019, 13:17
    • 1 825

"Eurovision" AMERİKADA -2021-də nə baş verəcək?

ABŞ “Eurovision” mahnı müsabiqəsi ilə maraqlanır.

News24.az müsabiqənin rəsmi internet saytına istinadən xəbər verir ki, Amerikanın məşhur rəqəmsal yayım şirkəti olan “Netflix” bu il İsraildə keçirilən mahnı müsabiqəsinin yayımı üçün lisenziya alıb, yarışmanın yarımfinallarını və finalını yayımlayıb. Həmçinin 2020-ci ildə Niderlandda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi Amerika izləyiciləri üçün sözügedən platformada yayımlanacaq.

Müsabiqənin icraçı direktoru Yan Ola Sand bu barədə açıqlama verərkən ABŞ şirkətinin “Eurovision”u yayımlamaqda maraqlı olmasından məmnunluğunu ifadə edib: “Mahnı müsabiqəsinin Amerika izləyicisi üçün də əl çatan olmasına görə şadıq. İlk dəfə olaraq ABŞ tamaşaçısı 3 fantastik şounu izləmək imkanı qazandı. Həmçinin 2020-ci ildə Niderlandda keçiriləcək mahnı müsabiqəsindən də həzz alacaq. Bu, 2021-ci ildə “Eurovision”un Amerika versiyasını keçirmək üçün plan qurmağa yaxşı vaxtdır”.

Teymur Məmmədov