Həyat yoldaşından boşanan Serdar Ortaçdan İLK AÇIQLAMA - VİDEO
    • 8-08-2019, 12:03
    • 1 427

Həyat yoldaşından boşanan Serdar Ortaçdan İLK AÇIQLAMA - VİDEO

Həyat yoldaşından ayrılan türkiyəli müğənni Serdar Ortaç ilk dəfə açıqlama verib. 

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, MS xəstəliyindən əziyyət çəkən və qan vermək üçün xəstəxanaya gedən S.Ortaç jurnalistlərin suallarını cavablandırıb. İfaçı boşandığı həyat yoldaşı Xloya ilə eyni vaxtda xəstəxanaya gəlməsinə belə münasibət bildirib: "Qan vermək üçün gəlmişdim. Təsadüfən xanımla eyni vaxta təsadüf etdi. Zəhərlənib ya nə olub olub xəbərdar deyiləm. Mə nim də vəziyyətim yaxşı deyil".

Qeyd edək ki, Serdar Ortaçın xəstəxanadan tək ayrılması boşanma xəbərini müəyyən qədər də olsa təsdiq edib.