Ancelina Coli təcili olaraq psixiatrik xəstəxanaya yerləşdirilib
    • 13-08-2018, 15:25
    • 1 553

Ancelina Coli təcili olaraq psixiatrik xəstəxanaya yerləşdirilib

Boşanmağa qərar vermiş Ancelina Coli və Bred Pitt 6 uşağın kimdə qalması məsələsini həll edə bilmədiklərinə görə, boşanma proseduru başa çatdırılmayıb.

News24.az xəbərt verir ki, bu səbəbdən çox böyük  gərginlik və depressiya yaşayan Ancelina Coli anereksiya və depressiyadan xilas olmaq üçün psixiatrik qospitala müraciət edib.

Qeyd edək ki, Enji artıq bu klinikanın xidmətlərindən  bir dəfə istifadə edib. O,  ilk dəfə 169 sm. boyuna baxmayaraq 44 kiloqram çəkiyə düşərkən, bu klinikadan yardım ala bilmişdi. Hazırda aktrisa iki həftəlik müalicə kursuna yazılıb. 2 həftə sonra o, "Malifesenta" filminin ikinci hissəsinin çəkilişləri üçün kameraların qarşısına  keçəcək.

Qeyd edək ki, Bred Pitt Ancelinanın uşaqlara ev alması üçün 8 milyon dollar ayırıb. Bundan əlavə, o,  uşaqların  və  Ancelina Colinin xərclərini ödəmək üçün sərf etdiyi 1,8 milyon dollarlıq çeki də məhkəməyə təqdim edib.