Günay İbrahimli Mehriban Əliyevaya mahnı həsr etdi - VİDEO

Günay İbrahimli Mehriban Əliyevaya mahnı həsr etdi - VİDEO
ŞOU-BİZNES

26 avqust 2019, 10:00

Mətn ölçüsü

Müğənni Günay İbrahimli “Mehriban” adlı mahnısını təqdim edib.

News24.az xəbər verir ki, bəstəkar Pərviz Mahmudovun layihəsi bir neçə aydır ki, hazırlanır. Mahnı Birinci vitse-prezident Mehriban Əliyevaya həsr olunub.

G.İbrahimli mahnı barədə fikirlərini belə ifadə edib: “Tarixən Azərbaycan qadınları həmişə mübariz və güclü olublar. Öz diplomatikliyi ilə seçilərək, ön sıraları tutublar. Düşündük ki, Mehriban xanımın timsalında bu mahnını bütün Azərbaycan qadınlarına həsr edək”.

Qeyd edək ki, mahnının sözləri əməkdar müəllim Mətanət Pirquliyevaya, musiqisi P.Mahmudova, aranjimanı isə Rəşad Bağırova məxsusdur.

YouTube