Müğənni 5 il qeyri-rəsmi nikahda yaşayıb, sonra toy edib
    • 1-09-2019, 01:05
    • 904

Müğənni 5 il qeyri-rəsmi nikahda yaşayıb, sonra toy edib

Müğənni Amil Həsənoğlu beş il qeyri-rəsmi nikahda yaşadığını etiraf edib.
News24.az xəbər verir ki, sənətçi bu haqda "5/5" verilişində deyib. O bildirib ki, övladı olduqdan sonra toy edib:
"Toyu bu yaxınlarda etdim. Biz birlikdə yaşadıq, bir-birimizi tanıdıq, sonra evləndik. Toyumuz olanda uşağımız da var idi. Beş il qeyri-rəsmi nikahda yaşadıq. Tez evlənib-boşanırlar. Biz də onu gözümüzün qabağına gətirib, birlikdə yaşadıq. Ailəcanlıyam, niyə də mənə qız verməsinlər.
Burada qeyri-adi və eyib heç nə yoxdur. Uşağıma sahib çıxmışam. Xanımım yanımdadır. Niyə məni qınamalıdırlar ki?".
Qeyd edək ki, Amilin 2018-ci ildə toyu olmuşdu./Axşam.az/