"Fərqli qadınsan, səni sevirəm" Zaurdan Günaya eşq elanı
    • 8-09-2019, 11:53
    • 2 987

"Fərqli qadınsan, səni sevirəm" Zaurdan Günaya eşq elanı

"Nə yaxşı ki, doğulmusan, Günayım. Buna görə özümü təbrik edirəm, çünki yaxşı insanların doğum günü onun əhatəsində olanlar üçün hədiyyədir".
News24.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev həyat yoldaşı Günayın ünvanına yazıb. Xanımını ad günü münasibəti ilə təbrik edən Baxşəliyev bunları qeyd edib:
"İlk əvvəl mənim üçün hədiyyəsən, sonra da balamız üçün. Özümü və Dilavəri təbrik edirəm ki, bizimsən. Adi sözləri sevmirəm, hər zaman işimdən gələni deyirəm. Sənin varlığın məni çox rahat edir. Həmişə çalışıram ki, sən xoşbəxt olasan. Bilmirəm buna nə qədər nail oluram. Bacardığımı edirəm və bu, hər zaman belə olacaq. Hislərimizin, münasibətlərimizin hər zaman yeni qalmasının ən böyük səbəbkarı sənsən.
Fərqli qadınsan, maraqlı insansan, dəyərli sirdaşsan, dostsan, sevgilisən və ən əsası evinin xanımısan. Heç vaxt dəyişmə, hər zaman belə qal. Səni sevirəm".