"Çukur"dakı Akşinin aqibəti necə oldu?
    • 10-09-2019, 12:35
    • 1 246

"Çukur"dakı Akşinin aqibəti necə oldu?

Türkiyədə reytinq rekordları qıran, Azərbaycanda da sevilərək izlənilən "Çukur" serialının aktrisası İlayda Alişan sözügedən ekran əsərindən ayrılıb.

News24.az xəbər verir ki, aktrisa bundan sonra məşhur aktyor Tolqahan Sayışman ilə birgə "Şampion" serialında çəkiləcək.
İlayda ekran əsərində Neslihan obrazını canlandıracaq.
Qeyd edək ki, "Şampion" seralı TRT 1 kanalında yayımlanacaq.

Sevda Bayramova