"Atamı üç-dörd günlük Bakıya gətirəcəyik, cünki..."- XALQ ARTİSTİNİN OĞLU
    • 10-09-2019, 11:39
    • 930

"Atamı üç-dörd günlük Bakıya gətirəcəyik, cünki..."- XALQ ARTİSTİNİN OĞLU

Bir müddət öncə Türkiyədə cərrahiyyə əməliyyatı olunan Xalq artisti Yalçın Rzazadənin səhhəti normaldır. 

Bu haqda News24.az-a sənətkarın oğlu Mətin Rzazadə məlumat verib. Onun sözlərinə görə, atasının müalicəsi davam edir: "Vəziyyəti yaxşıdır. Həkimlərin nəzarətindədir. Amma hələlik Azərbaycana qayıdacağı tarix dəqiq bəlli deyil. Həkimlər tam sağalacağına çox ümidlidir. Sentyabrın 23-ü müalicənin üçüncü kursu başlayacaq. Ola billsin ki, o ərəfələrdə atamı üç-dörd günlük Bakiya gətirdik. Çünki vətəni üçün çox darıxır".

Sevda Bayramova