Azərbaycanlı müğənninin özündən cavan sevgilisi qızına da eşq elan etdi
    • 13-09-2019, 21:40
    • 1 532

Azərbaycanlı müğənninin özündən cavan sevgilisi qızına da eşq elan etdi

46 yaşlı azərbaycanlı müğənni 27 yaşlı gənclə eşq həyatı yaşayır.
News24.az baku.ws-ə istinadən xəbər verir ki, belə bir iddia ilə jurnalist Sara Səfurə çıxış edib.
Müğənni Afət Fərmanqızının sevgilisi Hacı Roma ilə bağlı açıqlamalar verən tanınmış jurnalist daha bir müğənni barədə danışıb. O, özündən dəfələrlə kiçik şəxslə sevgili olan müğənninin adını açıqlamadan bunları deyib:  
"Şou-biznesdən bir qadından danışmaq istəyirəm. İki gün əvvəl Moskvadan mənə mesaj yazdı. Özünün 45-46 yaşı var, 27 yaşında gənc bir oğlanla sevgilidir. Bozbaş müğənnidir. Özünün də iki böyük qızı var. Elə bil ki, hind filmlərindəki sevgi yaşayırlar. Bilirsiz axırı nə oldu? Həmin oğlan onun böyük qızına eşq elan etdi, onunla sevgi yaşamaq təklif etdi. 
Şou-biznesdəki qadınlar, bir az ehtiyatlı olun. Evinizdəki qızınızı, oğlunuzu qorumağı bacarın!"