Azərbaycanın “Eurovision-2020” mahnı müsabiqəsində iştirakı rəsmən TƏSDİQLƏDİ

Azərbaycanın “Eurovision-2020” mahnı müsabiqəsində iştirakı rəsmən TƏSDİQLƏDİ
ŞOU-BİZNES

16 sentyabr 2019, 11:10

Mətn ölçüsü

Azərbaycanın “Eurovision-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.  

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən News24.az-a verdiyi məlumata əsaən gələn il mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı qeydə alınıb.

"Eurovision" Mahnı müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində “Ahoy Arena”da keçiriləcək. 

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Eurovision"ın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur. 

Sevda Bayramova