"Ağır romantik"dən KADRARXASI GÖRÜNTÜLƏR - FOTO
    • 16-09-2019, 16:39
    • 3 799

"Ağır romantik"dən KADRARXASI GÖRÜNTÜLƏR - FOTO

Azərbaycanın iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım”ın ərsəyə gətirdiyi “Ağır romantik” filmindən yeni görüntülər yayılıb. 

News24.az xəbər verir ki, məşhur türkiyəli aktyor Onur Tuna və həmkarı Tuvana Türkayın baş rollarını canlandırdığı, Deniz Denizçilerin rejissorluğunu etdiyi ekran işinin kadrarxası görüntüləri paylaşılıb. 

Qeyd edək ki, "Ağır romantik"də Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi məşhur simalar da rol alıb.  Dekabr ayında kinoteatrlarda yayımlanacaq ekran işinin Azərbaycan və Türkiyədə qala-gecəsinin təşkili nəzərdə tutulur.