"Adam" Nizami kino mərkəzində İZDİHAM YARATDI
    • 20-09-2019, 12:06
    • 1 165

"Adam" Nizami kino mərkəzində İZDİHAM YARATDI

Azərbaycanda daha bir mistik janrıda çəkilən "Adam" filminin qala gecəsi baş tutub.

News24.az bildirir ki, şou biznes ulduzlarının iştirakı ilə təşkil olunan qala gecəsi Nizami Kino Mərkəzində gerçəkləşib. Filmi gənc rejissor Amil Əlioğlu ekranlaşdırıb.

Filmdə Elvina Atakişiyeva, Elvin Ağayev, Arzu Abdulova, Murad Abdullayev, Rəşad Səfərov, Xanım Sadiqova,Məhəmmədəli Aslanov, Zülfiyyə Məmmədova və başqaları rol alıb.

"Adam" filmi kinosevərlər tərəfindən maraqla qarşılanılıb. 

Sevda Bayramova